Cızıqları alın şüşəsindən necə yox etmək olar? - FOTO

Yazarlar 17 Fevral 2020 08:55 Oxunub 12904
Cızıqları alın şüşəsindən necə yox etmək olar? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alın şüşəsindən cızıqları yox etmək o qədər də asan deyil

Çirkli alın şüşəsi təkcə bütün avtomobil sevərləri qıcıqlandırmır, həm də hərəkət zamanı müəyyən bir təhlükə yaradır. Çünki sükan arxasında görmə qabiliyyətini azaldır. Əksər hallarda şüşəni təmizləmək olduqca sadədir - şüşəsilənləri işə salmaqla. Bəs avtomobilinizdəki alın şüşəsində cızıqlar varsa nə etmək olar? Avtosfer.az-ın məlumatına görə, təəssüf ki, alın şüşəsindən cızıqları yox etmək o qədər də asan deyil. Axı, cızıqlar şüşənin səthinin zədələndiyini göstərir. Şüşədəki cızıqlar haradan yaranır? Əksər hallarda sürücülərin özləri günahkardırlar, qışda şüşə səthindən buzları təmizləmək üçün qazıyıcıdan istifadə edirlər. Qazıyıcının sayəsində nəqliyyat vasitəsinin sürməyə başlaması üçün hazırlıq vaxtımızı çox vaxt qısaldırıq. Bir çoxumuz avtomobilin şüşələrini salondakı isti hava axınlarından əriyənə qədər gözləməyə vaxtımız olmur.

Bunu etmək üçün bir qayda olaraq, əvvəlcə mühərrikin isinməsini gözləməlisiniz. Beləliklə, gördüyünüz kimi, bir tərəfdən qazıyıcı şüşədən buzları daha tez yox etməyə kömək edir, digər tərəfdən şüşənin səthinə zərər vuran ümumi səbəb olur.

Bu vəziyyətdə nə etməli? Avtomobili idarə edən zaman mane olan cızıqları necə aradan qaldırmaq olar? Şüşədəki cızıqları aradan qaldırmağın ən geniş yayılmış yolu cilalamadır. Bunun sayəsində bir çox kiçik cızıqları aradan qaldıra bilərsiniz. Ancaq bu üsulun şüşənin 100% şəffaflığına nail olacağını düşünməyin.

Xatırladaq ki, alın şüşəsində yaranan cızıqlarla yanaşı, gec də olsa, alın şüşəsində sürücüyə mane olan bir sıra müxtəlifi zədələr olur. Bu vəziyyətdə cilalama kömək etməyəcək və köhnə şüşəni yenisinə dəyişdirməli olacaqsınız.

Məsələ burasındadır ki, avtomobilin istismarı prosesində şüşə daim müxtəlif sərt mühit(qum, daş və s.) təsirlərinə məruz qalır. Nəticədə şüşədə müxtəlif oyuqlar və cızıqlar yaranır. Bir qayda olaraq, şüşə qazıyıcıları daha çox alın şüşənin səthinə zərər verirlər. Beləliklə, avtomobilin yürüşü nə qədər çoxdursa, ön şüşədə bir o qədər çox oyuq və cızıq yaranır. Lakin cızıqlar yalnız sürücüləri qıcıqlandırmır. Çox vaxt sükan arxasında olanda mane olmağa başlayırlar.

Xüsusilə günəşə doğru hərəkət edərkən və ya gecə hərəkət edərkən, alın şüşəyə girən işıq, şüşədəki oyuqlarda və cızıqlarda qırılaraq sürücünün gözünə təhlükəli parıltı verirlər. Nəticədə sürücünün sükan arxasında görmə qabiliyyəti azalır, bu da çox təhlükəlidir.

Şüşədə bir çoxlu sayda oyuq və cızıq varsa, bu vəziyyətdə şüşəni yapışqanla düzəltmək uyğun olmayacaq. Bəs bu vəziyyətdə yeni alın şüşəsi almalı olacağıq? Nə etmək olar, əgər kifayət qədər yeni avtomobil bir neçə dərin cızıq və ya oyuq yaranıbsa? Şüşəni yenisinə dəyişdirmək?

Hamısı cızıqların və oyuqların dərinliyindən və onların sayından asılıdır. Şüşədəki cızıqlarla nə edəcəyinizi başa düşmək üçün əvvəlcə avtomobili alın şüşələrinin təmiri ilə məşğul olan bir ustaya göstərməlisiniz. Yoxlamadan sonra şüşəni düzəltməyin heç bir mənası olmadığını söyləsə, onda sizin yalnız iki variantınız var: ya səthi cilalamaq, ya da şüşəni yenisi ilə əvəz etmək.

Yeri gəlmişkən, yaxın vaxtlara qədər alın şüşəsini cilalamaq mümkün deyildi. Ancaq indi şüşəni müəyyən bir dərinliyə qədər cilalamağa imkan verən texnologiya var ki, o da səthdən kiçik oyuqları və cızıqları yox edir.

Bu yaxınlarda alman şirkəti olan ADAC həqiqətənmi alın şüşəsinin cilalanması şüşədən cızıqların yox edilməsini sınaqdan keçirdi.

Sınaq üçün ADAC mütəxəssisləri alın şüşəsində yarımdairəvi cızıqları olan köhnə 50 yaşlı bir maşın götürdülər. Həmçinin, günəş işığı alın şüşəsinin bütün səthinə vurduğu zaman bir çox başqa cızıq və kiçik oyuqları görmək olurdu.

Şüşə - cilalamaya qədər

Sonra alın şüşəsi cilalama maşınının köməkliyi ilə güclü təzyiqlə cilalanmaya məruz qalıb. Alın şüşəsinin səthi 45 dəqiqə ərzində cilalanması nəticəsində buz qırıntılarından və şüşə silənlərdən yaranan cızıqlar yox edildi. Təəssüf ki, avtomobilin istismarı zamanı sərt mühit səbəbindən yaranan bir çox digər oyuq və cızıqlar köhnə avtomobilin alın şüşəsində göründü. Beləliklə, gördüyünüz kimi, "şüşəsilənlərdən" və ya qazıyıcıdan yaranan cızıqları aradan qaldırmaq üçün şüşələri cilalamaq üsulu olduqca təsirli olur.

Şüşə - cilalanmadan sonra

Nəzəri cəhətdən, şüşə daha dərin cızıqların və oyuqların itirilməsi üçün daha dərin cilalana bilər. Ancaq bu vəziyyətdə, alın şüşənin qalınlığının azalması səbəbindən şəffaflıq itiriləcək.

Oyuq - alın şüşəsinə dəymiş bir daş nəticəsində meydana gəlmişsə cilalama tamamilə uyğun deyil.

Alın şüşəsini cilalamaq üçün nə lazımdır?

Şüşəni cilalamaq üçün xüsusi cilalama maşını lazımdır. Onun sürəti dəqiqədə 600 dövürdən çox olmamalıdır. Əks təqdirdə, şüşənin səthi çox qıza ola bilər və bu da zədələnməyə səbəb olacaqdır. Dövri olaraq, alın şüşəsini cilalayarkən, su ilə nəmləndirməlisiniz. Həm də peşəkar cilalama maşınlarında təcrübəyə sahib olmaq məsləhətdir.

Əgər belə bir bacarıq yoxdursa, mütəxəssislərə müraciət etmək daha yaxşıdır. Düzdür, bu vəziyyətdə xərclərinizi və son nəticəni nəzərə alın. Şüşəni yenisi ilə əvəz etmək çox vaxt daha asandır.

Əgər avtomobiliniz üçün yeni bir alın şüşəsinin dəyəri çox yüksəkdirsə və səthində bir neçə oyuq və cızıq varsa, o zaman şüşəni cilalamaq daha məqsədəuyğundur.

Şüşənin cilalanması orta hesabla 1 saat çəkir. Təbii ki, şüşənin cilalanmasının dəyəri istənilən alın şüşəsinin dəyərindən on qat azdır. Ancaq cilalamanın daş zərbəsindən əmələ gələn bütün oyuqları ləğv edə bilməyəcəyini unutmayın.

 

Natiq Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh