Bakıda azyaşlılar həyatlarını belə təhlükəyə atır - VİDEO

Gündəm 17 Fevral 2020 11:40 Oxunub 877
Bakıda azyaşlılar həyatlarını belə təhlükəyə atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən birinin siqnaldan istifadə etməsindən sonra uşaqlar səkiyə çıxıb

Bakıda azyaşlıların həyatlarını təhlükəyə atması kameraya əks olunub. 

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayılıb. 

Görüntülərdə məktəbdən çıxan iki azyaşlının səki ilə deyil, yolun kənarı ilə hərəkət etməsi əks olunub.

Sürücülərdən birinin siqnaldan istifadə etməsindən sonra uşaqlar səkiyə çıxıb.

Digər hadisədə isə valideyn məsuliyyətsizliyi xüsusilə diqqət çəkir. Ata azyaşlı övladı ilə birlikdə yolu keçən zaman avtomobillərin arasından qızı yola qaçır.

Sürücülərin qəfil əyləcdən istifadə etməsi ilə faciənin qarşısı alınır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh