Avtomobil sektorunda bu da oldu: Artıq yan güzgülər olmayacaq - FOTO

Avtoxəbər 17 Fevral 2020 12:25 Oxunub 2567
Avtomobil sektorunda bu da oldu: Artıq yan güzgülər olmayacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lexus digital yan güzgü texnologiyasını Avropa bazarına çıxarır

Lexus, hibrid sedan “ES 300h” modeli ilə digital yan güzgü texnologiyasını Avropa bazarına çıxarır. Lent.az xarici mediaya istinadən xəbər verir ki, martdan etibarən satışa çıxarılacaq yeni güzgü və monitorlar təhlükəsizliyi və rahatlığı artıracaq. Yeni digital yan güzgülər vasitəsilə sürücülər ətrafı istənilən zaman daha açıq şəkildə görə biləcəklər. Digər tərəfdən isə həmin güzgülərə yağış və digər çirklərin təsir etməməsi sürücülərin işini daha da asanlaşdırır. Həmçinin kameralarda quraşdırılan isindiricilər buzlanma və buxarlanmanın qarşısını alır. Bundan əlavə, kameralarda olan parlaqlıq sensoru avtomatik olaraq arxadan gələn avtomobilin işığını azaldır və sürücünün gözünə düşməsinə imkan vermir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh