Ötən il dünya üzrə ən çox satılan elektromobillərin - TOP-10-luğu

Avtoxəbər 17 Fevral 2020 12:43 Oxunub 1048
Ötən il dünya üzrə ən çox satılan elektromobillərin - TOP-10-luğu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ildə “Tesla” brendi altında olan avtomobillərdən 367 820 ədəd satılıb

Mütəxəssislər ötən il dünya üzrə ən çox satılan elektromobillərin reytinqini tərtib ediblər. Avtosfer.az “EV-volumes.com” portalına istinadən xəbər verir ki, 2019-cu ildə dünyada 2,21 milyon elektromobil satılıb. Bu da 2018-ci ilin eyni göstəricisi ilə müqayisədə 10 faiz çoxdur.

Portalın məlumatına görə, elektromobillərin dünya bazarlarındakı payı 2,1 faizdən 2,5 faizə yüksəlib.

Reytinq tərtibatçıları qeyd edirlər ki, 2019-cu ildə satılan hər 40 avtomobildən biri elektromobildir.

Beləliklə 2019-cu ildə 10 ən çox satılan brendlərin siyahısını sizlərə təqdim edirik:

 

10. “Toyota”

9. “Hyundai”

8. “Geely”

7. “Nissan”

6. “Volkswagen”

5. “BMW”

4. “SAIC”

3. “BAIC”

2. “BYD”

1. “Tesla”

Artıq “Tesla” bir neçə ildir ki, ən populyar elektrokar brendlərinin siyahısına başçılıq edir. Ötən il “Tesla” brendi altında olan avtomobillərdən 367 820 ədəd satılıb.

Ən populyarı isə “Tesla Model 3” modelidir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh