Tramp “Vəhşi” ləqəbli zirehli avtomobili ilə heyrətə gətirdi - FOTO - VİDEO

Avtoxəbər 17 Fevral 2020 15:20 Oxunub 1141
Tramp “Vəhşi” ləqəbli zirehli avtomobili ilə heyrətə gətirdi  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Centlmenlər, mühərrikləri işə salın!”

Amerika prezidenti Donald Tramp Floridanın Deyron-Biç şəhərində NASCAR yarışlarının yeni mövsümünün açılışından əvvəl yarış trasında özünün “The Beast” (Vəhşi) ləqəbli zirehli limuzini ilə şütüyüb.

Prezidentin korteji trasın təxminən ¼-i boyu hərəkət edib, sonra isə xüsusi meydançada dayanıb. Bundan heyrətə gələn tamaşaçıların uğulrusu bütün trası bürüyüb.

“Avtomobil yarışlarında daha çox nə xoşunuza gəlir?” sualına prezident belə cavab verib: “Bu insanların cəsarəti. Yarışlar əsl kişilik tələb edir”.
O bildirib ki, bolidin sükanı arxasında oturmaq istərdi, amma mühafizə buna icazə verməyəcək.
Təlimata görə, prezidentin avtomobilin arxasında oturub onu müstəqil idarə etmək hüququ yoxdur.
Daha sonra Tramp tamaşaçılar və idmançılar önündə çıxış edərək sonra çağırış edib: “Centlmenlər, mühərrikləri işə salın!”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh