Sürücülərə təlimdən dərs keçən qadın özü qaydaları pozur- 90 EJ 122 - VİDEO

Qaydalar 17 Fevral 2020 15:35 Oxunub 1695
Sürücülərə təlimdən dərs keçən qadın özü qaydaları pozur-  90 EJ 122 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm ara məsafəsini gözləməyib, həm də manevr qaydalasını pozub

Bakıda yol hərəkəti qaydasını pozan qadın sürücü təlimçisi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 16-ı paytaxtın Moskva prospektində hərəkət edən 90-EJ-122 qeydiyyat nişanlı "Təlim" avtomobilinin sürücüsü qaydaları bir neçə dəfə pozub. O, zolaqlar üzrə yerdəyişmə edən zaman ara məsafəsini gözləmədən sağ zolaqdakı avtomobilin qarşısına çıxıb. Bir az irəlidə dönmə işıqlarından istifadə etməyərək manevr qaydasını da pozub. Görüntüləri qeydə alan sürücü növbəti yolayrıcında təlimçi qadına irad bildirərkən o, "sürətli gəlirdim, radara düşməmək üçün sağ zolağa keçdim"- deyərək fikir bildirib. 

Görüntüləri sizə təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh