130 km/saatla əsən küləkdə aeroporta eniş edən təyyarənin - VİDEOsu

Avtosfer TV 17 Fevral 2020 15:48 Oxunub 1254
130 km/saatla əsən küləkdə aeroporta eniş edən təyyarənin - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İngiltərədə baş verən təbii fəlakət zamanı azı 3 nəfər həyatını itirib

İngiltərədə “Etihad” aviaşirkətinə məxsus “Airbus A380” tipli sərnişin təyyarəsinin fırtına zamanı ekstremal eniş etmə görüntüləri həvəskar kamera tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, video Londonun Hitrou hava limanında qeydə alınıb.

Kadrlarda, təyyarənin uçuş-eniş zolağına enişə keçdiyi, ancaq güclü külək səbəbindən sağa-sola ləngər vurduğu görülür. Buna baxmayaraq layner zolağa yan tərəfli eniş edir.

Qeyd edək ki, ötən həftə sonu başlayan “Dennis” fırtınası, İngiltərədə bir sıra fəsadlar törədib. Güclü yağış və 130 kilometr saatla əsən şiddətli külək və müşahidə olunun fırtına, dağıntılara və su basmalara yol açıb. Nəticədə azı 3 nəfər həyatını itirib.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh