“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub

Gündəm 17 Fevral 2020 16:10 Oxunub 839
“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir

“Azərbaycan Hava Yolları”nın bütün reyslərində paylanan “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrin nəşrin 2019-cu il 60 nömrəli sayında dərc olunan "Yaylağa gedən yol" reportajına görə Dünya İdman Mətbuatı Assosiasiyasının mükafatına layiq görülüb.

Avtosfer.az xəbər verir ki, 1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Assosiasiya beş qitənin aparıcı idman mediasını təmsil edir.

Onun mükafatı idman hadisələrini işıqlandıran jurnalistlər cəmiyyətində ən yüksək mükafat hesab edilir. Bu ilin fevral ayında Budapeştdə “AIPS Sport Media Awards 2019” müsabiqəsinin nəticələrinə yekun vurulub. Müsabiqədə 125 ölkədən iki minə yaxın jurnalist öz işini təqdim edib. "Fotoqrafiya", "Çap Mətbuatı" və "Jurnalist Bloqu" kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib. O cümlədən, “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrinə mükafat təqdim edilib.

Yüzlərlə işin arasından məhz onun birinci “Milli Yaylaq Festivalı”na həsr olunmuş “Yaylağa gedən yol” adlı fotoreportajının mükafatlandırılmasında, şübhəsiz ki, yalnız nəşrin əməkdaşının deyil, həmçinin Azərbaycanın Gədəbəy bölgəsində həyata keçirilmiş rəngarəng tədbirin təşkilatçılarının və qonaqları ölkənin həyatı ilə daha yaxından tanış etmək istəyən AZAL rəhbərliyinin də böyük xidməti vardır.

"Lakin, hər şeydən əvvəl, bu, Azərbaycanın idman uğurlarınının və milli mədəniyyətin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsidir", – AIPS mükafatı laureatı Serqey Kivrin qeyd edib.

Azərbaycanın idman uğurları danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti sayəsində ölkəmiz yalnız idman dövlətləri arasında deyil, beynəlxalq yarışların təşkilatçıları arasında da mühüm yer tutmuşdur. Ölkədə baş verən digər irimiqyaslı tədbirlər kimi, onların da əksəriyyəti “Azerbaijan Airlines” jurnalının səhifələrində öz əksini tapmışdır.

"Biz Azərbaycan haqqında danışmağı, onun nailiyyətlərini sərhədlərimizdən kənarda təbliğ etməyi əsas vəzifəmiz kimi görürük və bu həm dövlətimizin beynəlxalq nüfuzunun artmasına, həm də ölkəmizə turistlərin cəlb edilməsinə kömək etməlidir", – AZAL vitse-prezidenti, “Azerbaijan Airlines” jurnalının rəhbəri Eldar Hacıyev AIPS mükafatını şərh edərək bildirib.

Biz isə öz növbəmizdə AIPS mükafatından əlavə son iki ayda Beşinci Beynəlxalq Fotosalonunun (Sofiya) qızıl medalına və həmçinin Amerikanın məşhur ViewBug (www.viewbug.com) foto saytı tərəfindən “Göygöl Gölü” şəklinə görəon mükafata layiq görülmüş Sergey Kivrini təbrik edir, ona yeni uğurlar və parlaq reportajlar arzulayırıq!

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh