Gürcüstanda yanmış avtomobildə meyit aşkarlandı

Gündəm 17 Fevral 2020 18:30 Oxunub 615
Gürcüstanda yanmış avtomobildə meyit aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyi

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində mərkəzi yolun kənarında yanmış avtomobil aşkar olunub.

Avtosfer.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, maşında kişi meyiti tapılıb.

Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyil. Maşının ətrafında yerdə qan izləri müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunublar. Nəqliyyat vasitəsi ekspertiza bürosuna aparılıb. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh