Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 17 Fevral 2020 18:50 Oxunub 912
Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Xalac kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məmmədov Tural Novruzəli oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Toyota” markalı avtomobillə toqquşub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan VAZ-ın sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh