Sumqayıtda yol qəzasında 4 nəfər xəsarət alıb

Qəzalar 17 Fevral 2020 20:10 Oxunub 828
Sumqayıtda yol qəzasında 4 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir müddət yolda tıxac yaranıb

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-nın yerli bürosuna istinadən məlumatına görə, şəhərin Sülh prospektində “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri - 1993-cü il təvəllüdlü  Vəliyev Nahid Muxtar oğlu, 1981-ci il təvəllüdlü Hümbətova Tünzalə Vahab qızı və 2010-u il təvəllüdlü Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra tıxac aradan qaldırılıb və avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh