Hacıqabulda avtomobil dirəyə çırpıldı, xəsarət alan var

Qəzalar 17 Fevral 2020 22:53 Oxunub 1294
Hacıqabulda avtomobil dirəyə çırpıldı, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” markalı avtomobill dəmir-beton dirəyə çırpılıb

Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb. Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh