Ucarda sürücünü qarət edənlər saxlanıldı

Gündəm 18 Fevral 2020 08:00 Oxunub 671
Ucarda sürücünü qarət edənlər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda qarət hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qarabörk kəndində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidəhməd Daşdəmirov, Mingəçevir şəhər sakini Müşviq Səmədov və İmişli rayon sakini Telman Quliyev Yevlax rayon avtovağzalında şəhər sakini Anar Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhərinə gedəcəklərini bildiriblər. Onlar avtomobili Ucar rayonunun Qarabörk kəndində saxladıblar və sürücü ilə mübahisə etməyə başlayıblar. Telman Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, Seyidəhməd Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb. Hər üç şəxs bundan sonra hadisə yerini tərk ediblər. Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib. Quldurların hadisəni törətdikləri zaman sərxoş olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh