Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var

Qəzalar 18 Fevral 2020 10:40 Oxunub 702
Qaxda 3 avtomobil toqquşdu, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"un Şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov, 1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh