Karib dənizində təyyarə qəzaya uğradı: 4 nəfər itkin düşüb

Qəzalar 18 Fevral 2020 10:49 Oxunub 749
Karib dənizində təyyarə qəzaya uğradı: 4 nəfər itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarənin göyərtəsində evli cütlük, onların 16 yaşlı oğlu və 40 yaşlı bir kişi olub

Karib dənizində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər itkin düşüb. Avtosfer.az xəbər verir ki, insident Dominik adaları sahillərində qeydə alınıb. Bu barədə Fransanın Qvadelupa prefekturasındakı xarici şöbəsi məlumat verib.

Məlumata görə, “Piper” tipli təyyarə fevralın 16-da Çarlz-Duqlas aeroportundan havalanaraq Dominikan adlarının Qvadelupa istiqamətinə uçurmuş. Hava gəmisi qalxdıqdan bir müddət sonra naməluma səbəblərdən ada yaxınlığında dənizə düşüb.

Bildirilir ki, təyyarənin göyərtəsində evli cütlük, onların 16 yaşlı oğlu və 40 yaşlı bir kişi olub. Onların hamısı Fransa vətəndaşlarıdır.

Qeyri-hava şəraitinə baxmayaraq, axtarışlara mülki müdafiənin vertolyotu və dəniz polisinin patrul gəmiləri cəlb edilib.

Əməliyyat-axtarış tədbirləri zamanı xilasedicilər, yalnız çanta və içərisində təyyarənin sərnişinlərinə aid iki şəxsiyyət vəsiqəsi tapıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh