Gəncə sakini qəza törətdi, sürücü öldü

Qəzalar 18 Fevral 2020 12:10 Oxunub 1092
Gəncə sakini qəza törətdi, sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, fevralın 18-də, saat 1 radələrində, Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh