Bakıda 40 cinayətin üstü açılıb

Gündəm 18 Fevral 2020 13:10 Oxunub 547
Bakıda 40 cinayətin üstü açılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axtarışda olan 13 nəfər saxlanılıb

Bakının polis orqanları tərəfindən qeydə alının cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumat agörə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb. Onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib. Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh