Dünyanın ikinci ən gənc deputatı qəzaya düşdü - FOTO

Qəzalar 18 Fevral 2020 13:25 Oxunub 1190
Dünyanın ikinci ən gənc deputatı qəzaya düşdü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
R.Kadakın xidməti avtomobili magistral yolda yük maşınına çırpılıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şəhərini təmsil edən deputatı Rümeysa Kadak avtomobil qəzası keçirib. “Report” “Akşam” qəzetinə istinadən xəbər verir ki, xanım millət vəkili yol qəzası nəticəsində yaralanıb. Məlumata görə, R.Kadakın xidməti avtomobili magistral yolda yük maşınına çırpılıb. 

Qeyd edək ki, 23 yaşlı Rümeysa Kadak Asiya qitəsinin birinci, dünyanın isə ikinci ən gənc deputatıdır. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh