Polisdən qaçan sərxoş sürücü “zebra”da ata və qızı vurdu: ata öldü, qız ağır yaralandı - VİDEOlar

Avtosfer TV 18 Fevral 2020 14:30 Oxunub 1365
Polisdən qaçan sərxoş sürücü “zebra”da ata və qızı vurdu: ata öldü, qız ağır yaralandı  - VİDEOlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada daha iki piyada bəxtləri sayəsində qəzanı xəsarət almadan sovuşdurublar

Ukraynanın Dnepr şəhərində sərxoş sürücü 3 piyadanı vurub. Avtosfer.az “dv-gazeta” portalına istinadən məlumat verir ki, insident Slobojansk prospektində qeydə alınıb.

Məlumata görə, polisin təqibindən qaçan sərxoş sürücü idarə etdiyi “Audi” markalı avtomobillə, işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq, həmin anda yolu keçən 3 piyadanı vurub. 

Nəticədə qızı ilə yolu keçən ata dünyasını dəyişib, qızı ilə daha bir qadın isə ağır xəsarətlər alıb. Onlar təcili tibbi yarım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb. Hadisənin görüntüləri təhlükəsizlik kameralarına düşüb. Kadrlarda, avtomobilin piyadaları vurduğu, ardınca da “Audi”nin idarəetmədən çıxdığı və nəqliyyat vasitəsinin daha 2 piyadanın üzərinə hərəkət etdiyi görülür. Həmin iki piyada bəxtləri sayəsində qəzanı xəsarət almadan sovuşdurublar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh