Avropada avtomobil satışı azaldı

Gündəm 18 Fevral 2020 16:16 Oxunub 582
Avropada avtomobil satışı azaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında bildirilir

Qlobal iqtisadiyyatdakı tənəzzül, bəzi ölkələrdə vergilərin artırılması və Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə əlaqədar yaranmış qeyri-müəyyənlik Avropada avtomobil satışının azalması ilə nəticələnib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında bildirilir. Sənədə əsasən, bu ilin yanvar ayında Avropada 1,135 milyon ədəd avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% azdır.  Son 1 ildə Avropa ölkələri arasında ən çox azalma İsveç (18%), Fransa (13,4%), İspaniya (7,6%) və Almaniyada (7,3%) qeydə alınıb. Satışı ən çox azalmış avtomobil markası isə "Renault" olub - 16,3%.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh