Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var

Qəzalar 18 Fevral 2020 16:20 Oxunub 957
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"un Qarabağ Mərkəzinə istinadən verdiyi məlumata görə, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47 kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh