Çinli tələbə dəhşətli qəza törətdi, motosiklet parça-parça oldu - VİDEO

Avtosfer TV 18 Fevral 2020 17:32 Oxunub 1329
Çinli tələbə dəhşətli qəza törətdi, motosiklet parça-parça oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Motosiklet hissələrə ayrılaraq parçaları yol səpilib, sürücü ölüb 

ABŞ-da minik avtomobilinin və motosikletin iştirakı ilə baş verən dəhşətli yol qəzasının görütnüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Los-Anceles şəhərinin şimaldakı dağlıq ərazidə yerləşən “39-cu” avtomagistralında qeydə alınıb.

Arxada hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükəsizlik kamerasına düşən kadrlarda görünür ki, sürücü iki zolaqlı dar yolda idman avtomobilini gah sürətlə, gah da asta sürür. Bir neçə yüz metr irəlilədikdən sonra isə döngədə avtomobil əks zolağa çıxaraq qarşıdan gələn motosikletlə toqquşur. Zərbənin təsirindən motosiklet arxadan gələn digər avtomobilə çırpılır və hissələrə ayrılaraq parçaları yol səpilir. 

Məlumata görə, motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qaydaları pozan çinli tələbə olduğu bildirilən sürücü isə polis tərəfindən saxlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh