Bakıya gətirilən 12 metrlik avtobuslar bütün qəsəbələrə işləməyəcək

Gündəm 18 Fevral 2020 17:15 Oxunub 637
Bakıya gətirilən 12 metrlik avtobuslar bütün qəsəbələrə işləməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq"

"Son zamanlar Bakının qəsəbələrində bəzi evlərin yollara yaxın tikilməsi çətinliklər yaradıb". Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib. "Bu ilin sentyabr ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq”, - o qeyd edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh