Şirvanda insanların ölümünə səbəb olan yol təmir olunur - VİDEO

Xəbərlər 18 Fevral 2020 19:40 Oxunub 1779
Şirvanda insanların ölümünə səbəb olan yol təmir olunur  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə bələd olmayan sürücülərin əksəriyyəti burda qəza törədirdi

Bir müddət əvvəl Şirvan şəhərinin girişində yolun nahamar olması nəticəsində baş verən qəzada 4 nəfər həyatını itirmişdi. Avtosfer.az-a müraciət edən vətəndaşlar bildirmişdilər ki, həmin ərazidə yolda olan çökəklik və nahamarlıq qəzaların əsas səbəbidir. Belə ki, əraziyə bələd olmayan sürücülərin əksəriyyəti burda qəza törədirdi. Onlarla insan həyatını itirmişdi. 
Avtosfer.az bu barədə material da hazırlamış. Saytımıza yenidən video göndərən vətəndaşlar bildiriblər ki, artıq ərazidə təmir işləri gedir və problem həllini tapmaqdadır. Sakinlər bundan sonra ərazidə insan həyatının itirilməsi ilə nəticələnən qəzaların olmayacağını ümid edir. Videonu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh