Türkiyədə marşrut avtobusunda iki sürücü arasında yumruqlu davanın - VİDEOsu

Avtosfer TV 18 Fevral 2020 19:54 Oxunub 1171
Türkiyədə marşrut avtobusunda iki sürücü arasında yumruqlu davanın - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki şəxs bölməyə aparılıb

Türkiyənin Niğde vilayətində avtobus sürücüsü avtomobil sürücüsü tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, insident Bor küçəsində qeydə alınıb. Bu barədə “İHA” agentliyi məlumat verib.

İddiaya görə, marşrut avtobusunun sürücüsü yolda yaranmış tıxac səbəbindən bir avtomobil sürücüsü ilə mübahisə edib. Bir müddət sonra sürücü avtobusu sərnişin mindirib-düşürmək üçün dayanacaqda saxlayıb. Bu zaman avtomobilindən enən A.E. həmin avtobusa minib.

Ardınca da avtobusda tərəflər arasında yumruqlu dava başlayıb. Sərnişinlər onları ayırmaq istəsə də buna nail ola bilməyiblər. Avtobusdan düşən sürücülər davanı küçədə də davam etdiriblər. Ətrafda xidmət aparan polis əməkdaşları sürücüləri ayırıb və hər iki şəxsin ifadəsi alınması üçün bölməyə aparılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh