“Audi” Çindəki müəssisəsini yenidən işə saldı

Avtodünya 18 Fevral 2020 21:00 Oxunub 1409
“Audi” Çindəki müəssisəsini yenidən işə saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vanq Sinqhuan fevralın 17-də koronavirusun episentri olan Uhan şəhərində yoluxma hallarının getdikcə azaldığını bildirib

“Audi” şirkəti Çinin Cilin əyalətinin paytaxtı Çanqçun şəhərində yerləşən müəssisəsini koronavirusun yayılması səbəbindən bir müddət dayandırdıqdan sonra ötən gün yenidən işə salıb.

“Report” “Automobilwoche”yə istinadən xəbər verir ki, bu barədə şirkətin Marketinq şöbəsinin rəhbəri Hildeqard Vortmann məlumat verib. 

O, koronavirusun törətdiyi böhranın hələlik aradan qalxmadığını da vurğulayıb.

Xatırladaq ki, Leyşenşan xəstəxanasının rəhbəri Vanq Sinqhuan fevralın 17-də koronavirusun episentri olan Uhan şəhərində yoluxma hallarının getdikcə azaldığını bildirib. Eyni zamanda rəsmi məlumatda fevralın 18-i səhərə olan məlumata görə, 12,5 min nəfərin sağalaraq evə buraxıldığı vurğulanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh