Bakıda piyadanı avtomobil vurub

Qəzalar 18 Fevral 2020 22:40 Oxunub 1165
Bakıda piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Binəqədi rayonunda 25 yaşlı oğlanı avtomobil vurub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocasən qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Əlyar Həşimov yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağının açıq sınığı və açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya  şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh