Avtomobildə siqaret çəkən sürücünün ağlasığmaz hərəkəti- 40 BM 279 - VİDEO

Qaydalar 19 Fevral 2020 11:35 Oxunub 1657
Avtomobildə siqaret çəkən sürücünün  ağlasığmaz hərəkəti- 40 BM 279 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin qapısı açıq vəziyyətdə hərəkət edib

Bakıda qapısı açıq vəziyyətdə avtomobil idarə edən sürücünün videogörüntüsü redaksiyamızın elektron ünvanına göndərilib. Avtosfer.az xəbər verir ki, fevralın 15- i paytaxtda hərəkət edən 40-BM-279 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü siqaret çəkmək üçün avtomobilin qapısını açıb. O, avtomobilin qapısı açıq vəziyyətdə siqaret çəkə-çəkə hərəkətinə davam edib. Görüntüləri digər avtomobildə əyləşən sərnişin qeydə alıb.

Avtomobilin qapısı açıq vəziyyətdə hərəkəti həm təhlükəli, həm də qadağandır. Sürücünün əyləcdən istifadə etməsi və ya küləyin əsməsi nəticəsində aralı qalmış qapı tam açılaraq digər digər nəqliyyat vasitələrinə çırpıla bilər. Ona görə də qapısı açıq vəziyyətdə avtomobilin idarə edilməsi inzibati xəta tərkibi yaradır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh