Bakıda oğurluq edən xalaoğlular saxlanılıblar - FOTO

Gündəm 19 Fevral 2020 13:01 Oxunub 662
Bakıda oğurluq edən xalaoğlular saxlanılıblar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar davam etdirilir

Binə qəsəbəsində evlərdən və “PlayStation” salonlarından oğurluqlar edən xalaoğluları tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.  Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və onun xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə, 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh