Türkanlıların avtobus problemi: “Axşam saatlarında sakinlər taksilərə möhtac qalır”

Gündəm 19 Fevral 2020 13:25 Oxunub 1184
Türkanlıların avtobus problemi: “Axşam saatlarında sakinlər taksilərə möhtac qalır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib

Bakının Türkan qəsəbəsinin sakinləri marşrut avtobuslarının intervalından, eləcə də ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər.

Avtosfer.az-ın məlumatına görə bu barədə Oxu.Az-a qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.

Qəsəbə sakinləri 101 saylı müntəzəm xətt üzrə hərəkət edən marşrut avtobuslarında problemlərin çox olduğunu bildiriblər: 

“Avtobusların intervalı düzgün tərtib olunmayıb. Sakinlər dəqiqələrlə marşrut avtobusunu gözləməli olurlar. 101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib. Nəqliyyat vasitələri çox köhnədir, tez-tez xarab olur. Axşam saatlarında əhali demək olar ki, taksilərin ümidinə qalır”.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh