Yolda çarəsiz qalan sürücüyə yol polisləri kömək etdi- 99 YP 458 - VİDEO

Yol polisi 19 Fevral 2020 17:56 Oxunub 1486
Yolda çarəsiz qalan sürücüyə yol polisləri kömək etdi-  99 YP 458 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar avtomobili itələyərək tuneldən çıxarıb

Bakıda yol polislərinin daha bir təqdirəlayiq hərəkəti kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 19-u paytaxtın A.Salamzadə küçəsindəki tunelin çıxışında "Opel" markalı avtomobilində qəfil nasazlıq baş verib. Həmin ərazidə xidmət aparan 99-YP-458 qeydiyyat nişanlı patrul avtomobilinin ekipajları baş serjant Həsənov Kərim və serjant Ədilizadə Sənan nasaz vəziyyətdə qalan avtomobilin sürücüsünə kömək ediblər. Onlar avtomobili itələyərək tuneldən çıxarıb. 

Nümunəvi xidmətlərinə görə həmin əməkdaşlara Avtosfer.az saytı adından təşəkkür edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh