Avtosfer.az | Reklam
Bakıda “37” nömrəli marşrut xətti “BakıKart”a keçir
Yeniliklər 20 Fevral 2020 10:10 221 dəfə oxunub
Bakıda “37” nömrəli marşrut xətti “BakıKart”a keçir
Fevralın 24-dən etibarən

Daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 24-dən “37” nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh