Bakıda 53 nəfər saxlanılıb

Gündəm 20 Fevral 2020 11:10 Oxunub 632
Bakıda 53 nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir fakt üzrə müvafiq araşdırmalar davam etdirilir

Bakının polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 19-da paytaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 36 cinayətin üstü açılıb. Onlardan 10-ı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 7, quldurluq üzrə 2, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 53 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh