Bakı metrosunda problem yarandı- Sərnişin sıxlığı səbəbindən

Gündəm 20 Fevral 2020 11:15 Oxunub 690
Bakı metrosunda problem yarandı- Sərnişin sıxlığı səbəbindən
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarların intervalında yubanma olub

Bakı metrosunda qatarların hərəkətində yubanma olub. 

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarların intervalında yubanma olub. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qatarların intervalında gecikmə olduğunu təsdiq edib. 

Onun sözlərinə görə, yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub:

“Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun “Elmlər Akademiyası”, “Koroğlu”, “Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqə gecikmələr olub.

Stansiyalardan asılı olaraq, gecikmə 5 dəqiqə də olub, 8 dəqiqə də. Buna səbəb qatarlarda hər hansı texniki problem yox, sərnişin sıxlığı olub. Bildiyiniz kimi tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar, sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh