Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurub

Qəzalar 20 Fevral 2020 11:45 Oxunub 901
Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə  Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü( yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh