Bakıda piyadanın ölümündən nəticə çıxarmayan qadınların təhlükəli hərəkəti - VİDEO

Qaydalar 20 Fevral 2020 11:50 Oxunub 1582
Bakıda piyadanın ölümündən nəticə çıxarmayan qadınların  təhlükəli hərəkəti - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeraltı piyada keçidi olmasına baxmayaraq istifadə edilmir

Bir neçə gün öncə paytaxtın Heydər Əliyev prospektində piyadanın avtomobillə vurulması xəbəri Avtosfer.az saytında da dərc edilmişdi. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Piyadanın vurulduğu yerdə yeraltı​ keçid olmasına baxmayaraq o, yolu​ hərəkət hissəsi ilə keçdiyi üçün avtomobil tərəfindən vurulub.

Qeyd edək ki, Heydər Əliyev prospektinin həmin hissəsində (Koroğlu metrostansiyasının qarşısında) yaşlı qadınların yolu təhlükəli şəkildə keçmələri Avtosfer.az-ın kamerasına qeyd olunub. Görünən mənzərədən aydın olur ki, piyadaların avtomobillər tərəfindən vurularaq ölməsi digərlərinə dərs olmur. Yeraltı keçidin olmasına baxmayaraq piyadalar yolun hərəkət hissəsindən keçərək sürücülərə təhlükə yaradır, özlərini isə ölümə aparırlar.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh