Avtosfer.az | Reklam
Bu yolayrıcında keçmə ardıcıllığını göstərin- Doğru cavab - FOTO
Yarışma 20 Fevral 2020 12:39 928 dəfə oxunub
Bu yolayrıcında keçmə ardıcıllığını göstərin-  Doğru cavab - FOTO
Qalib olan şəxsi təbrik edirik!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: 

1) Tramvay, qırmızı avtomobil, boz avtomobil

2) Boz avtomobil, tramvay, qırmızı avtomobil

3) Qırmızı avtomobil, tramvay, boz avtomobil

4) Boz və qırmızı avtomobil, tramvay

Sualın doğru cavabı belədir:  Gördüyünüz fotoda svetoforun sarı işığı yanıb-sönən rejimdə işlədiyi üçün nizamlanmayan yolayrıcı hesab edilir. Belə yolayrıclarında üstünlük nişanlarına uyğun hərəkət etmək lazımdır. Yol Hərəkəti Haqqında Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, "Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir". Bu yolayrıcında baş yolla hərəkət edən qırmızı və boz avtomobilin sürücüləri öz aralarında eyni əhəmiyyətli yolda hərəkət etdikləri üçün sağda olan avtomobil üstünlüyə malikdir. Yəni qırmızı avtomobil sağa dönürsə boz avtomobillə eyni vaxtda hərəkət edə bilər. Tramvay sürücüsü isə ikinci dərəcəli yolla hərəkət etdiyi üçün hər iki avtomobilə yol verdikdən sonra hərəkətinə davam edə bilər.

Sualın ilk düzgün və izahlı cavabını verən Soltanov Nicat adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh