Qəza törədərək relsin üzərinə düşən maşına qatar çırpıldı: sürücü vəfat edib - FOTO 

Avtosfer Foto 20 Fevral 2020 13:10 Oxunub 1790
Qəza törədərək relsin üzərinə düşən maşına qatar çırpıldı: sürücü vəfat edib - FOTO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Türkiyənin Aydın vilayətində baş verib

Türkiyənin Aydın vilayətində qəza nəticəsində dəmir yol xəttinin üzərinə düşən avtomobili qatar vurub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Aydın-İzmir avtomagistralının Germencik rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Camal Bunar, idarə etdiyi 09 C 1934 qeydiyyat nömrə nişanlı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və maşın bir neçə dəfə çevrilərək yol kənarındakı dəmir yolu xəttinin üzərinə düşüb. Bu arada İzmir-Dənizli reysi ilə hərəkət edən yük  qatarı relslərin üzərindəki maşını vurub. Qatarın təxminən 50 metrə qədər sürüklədiyi avtomobilin sürücüsü açılan qapıdan yerə düşüb. Nəticədə Camal Bunar aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh