Avtosfer.az | Reklam
Məşhur aktyorun “prava”sına 6 ay həbs qoyuldu - FOTO
Avtosfer Foto 20 Fevral 2020 14:00 725 dəfə oxunub
Məşhur aktyorun “prava”sına 6 ay həbs qoyuldu - FOTO
Əhməd Kural sükan arxasında sərxoş olub

Türkiyənin tanınmış aktyoru Əhməd Kural zəncirvari yol qəzasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında İstanbul şəhərinin Altunzadə rayonunda qeydə alınıb.

Məlumata görə, 15 İyul Şəhidlər Körpüsünün çıxışında məşhur aktyorun avtomobilinin də olduğu üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb.

Qəzadan sonra hadisə yerinə gələn polis əməkdaşları, apardıqları alkotest yoxlaması zamanı Əhməd Kuralın sərxoş olduğu müəyyən edilib.

İfadəsi alınması üçün polis şöbəsinə gətirilən və qanında 1.85 promilli alkoqol olduğu öyrənilən Kuralın sürücülük vəsiqəsinə 6 ay həbs qoyulub. Nəqliyyatda təhlükə yaratma cəzası ilə ona protokol tərtib edilib və sonra sərbəst buraxılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh