Çuxura düşərək qəfil manevr edən “Chevrolet” “Opel”lə toqquşdu – VİDEO

Avtosfer TV 20 Fevral 2020 14:30 Oxunub 1091
Çuxura düşərək qəfil manevr edən “Chevrolet” “Opel”lə toqquşdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kadrlar Rusiyanın Tver şəhərində qeydə alınıb

Rusiyanın Tver şəhərində 1 nəfərin ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 20-də səhər saatlarında Zavoljsk rayonunun İkinci Krasin küçəsində qeydə alınıb.

Kadrlarda, hərəkətə olan “Chevrolet Lacetti” markalı avtomobilin çuxura düşdüyü, sonra da idarəetmədən çıxaraq yolu əks zolağına qəfil manevr etdiyi və qaşıdan gələn “Opel” markalı minik maşını ilə toqquşduğu görülür. 

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinin önü deformasiyaya uğrayıb.

Bildirilir ki, nəticədə “Chevrolet”in sürücüsü hadisə yerində dünyasını dəyişib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh