Avtosfer.az | Reklam
“Aqrar İnkişaf Könüllüləri” tərəfindən “Laza Qış Düşərgəsi” təşkil olunub - FOTO
Gündəm 20 Fevral 2020 14:55 108 dəfə oxunub
“Aqrar İnkişaf Könüllüləri” tərəfindən “Laza Qış Düşərgəsi” təşkil olunub - FOTO
Gənclərə sağlamlıq və təhlükəsizlin təmin edilməsi bağlı təlimatlar verilib, ilkin tibbi yardım qaydaları izah edilib

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı tərəfindən Qusar rayonun Laza kəndində “Laza Qış Düşərgəsi” təşkil olunub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların kənd həyatı və kənd turiziminə diqqətinin cəlb edilməsidir.

Layihə üzrə elan olunmuş müsabiqədə iştirak üçün 900-dən çox gənc müraciət edib. Müraciət edən gənclər arasında müxtəlif meyarlar əsasında seçim aparılıb və 25 gəncin layihədə iştirakı təmin edilib. Gənclər layihə çərçivəsində təşkil olunan təlim, seminar və yürüşdə iştirak ediblər.

Təlim və seminarlarda gənclərə komanda quruculuğu və onun idarə olunması, çevik qərar qəbuletmə, düzgün ünsiyyət bacarıqları, ekstremal idman növü, dağ zirvəsinə yürüş üçün fiziki hazırlıq qaydaları barədə layihə iştirakçılarına məlumat verilib.

Gənclərə sağlamlıq və təhlükəsizlin təmin edilməsi bağlı təlimatlar verilib, ilkin tibbi yardım qaydaları izah edilib.

Təlim və seminarlardan sonra layihə iştirakçıları dağa yürüş edib, Laza kəndinin əsrarəngiz təbiəti ilə əyani şəkildə tanış olub.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh