Avtosfer.az | Reklam
Bu yolda cərimələnə bilərsiniz: Sürücülərin diqqətinə - VİDEO
Qaydalar 20 Fevral 2020 15:15 2797 dəfə oxunub
Bu yolda cərimələnə bilərsiniz:  Sürücülərin diqqətinə - VİDEO
Əsas bölmədə qırmızı yanırsa yol vermək lazımdır

Sürücülərin böyük əksəriyyəti əlavə bölməli svetofor quraşdırılmış yolayrıclarında necə hərəkət etməli olduqlarını bilmirlər. Sürücülər paytaxtın Neftçilər prospekti ilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) hərəkət edən nəqliyyat vasitələrinin hansı hallarda üstünlüyə malik olmalarını bilmir. 

Qeydə alınan görüntüdə Neftçilər prospekti ilə hərəkət edən sürücünün qarşısında quraşdırılmış svetoforun əsas bölməsində qırmızı, sağa əlavə bölməsində isə yaşıl işıq yanır. Belə olan halda Azneft dairəsindən gələn avtomobillərə yol vermək lazımdır. Çünki Yol Hərəkəti Haqqında Qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, "Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir". 

Əgər əlavə bölmə ilə birgə əsas bölmədə də yaşıl işıq yanarsa, o zaman Azneft dairəsindən Niyazi küçəsi istiqamətinə hərəkət edən sürücülər sağdan- Neftçilər prospektindən yolayrıcına daxil olan sürücülərə yol verməlidir.

Bu qaydanı pozan sürücülər 3 bal 60 manat məbləğində cərimə oluna bilərlər.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh