Avtosfer.az | Reklam
Şəki polisi məktəblərdə - FOTO
Öyrənək 20 Fevral 2020 15:36 147 dəfə oxunub
Şəki polisi məktəblərdə - FOTO
Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir fevralın 20-də Şəki şəhəri 6 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Anar Xalıqov, inspektoru, polis kapitanı Səlim Səlimov, məktəbin direktoru Nərminə Abdullayeva, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Şagirdlər "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusuna daha çox maraq göstərərək yol polisi əməkdaşına bir çox suallar veriblər.

Tədbirin yekununda, Şəki şəhəri 6 saylı tam orta məktəbin direktoru, Nərminə Abdullayeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh