Asfalt daşıyan yük maşını avtomobillərin üzərinə aşdı - VİDEO

Avtosfer TV 20 Fevral 2020 16:20 Oxunub 1686
Asfalt daşıyan yük maşını avtomobillərin üzərinə aşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kadırlar Türkiyənin İstanbul şəhərində  qeydə alınıb

Türkiyənin İstanbul şəhərində asfalt daşıyan yük maşını iki avtomobilin üzərinə aşıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident bu gün saat 13:00 radələrində Qaziosmanpaşa rayonunda qeydə alınıb.

Məlumata görə, İstanbul Bələdiyyəsinə məxsus 34 AS 1821 dövlət qeydiyyat nişanlı asfalt yüklü yük maşını, sürücünün sükan idarəetməsini itirməsi səbəbindən arxaya doğru hərəkət etməyə başlayıb. Bir müddət yoxuş aşağı irəliləyən yük maşını, yol kənarındakı park edilmiş iki avtomobilin üzərinə aşıb.

Bildirilir ki, qəza zamanı ölən və ya xəsarət alan olmayıb. Ancaq iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə xilasetmə və polis əməkdaşları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh