Uşaqları qəzalardan qorumaq təkcə yol polisinin işi olmamalıdır - FOTO

Yol polisi 20 Fevral 2020 17:05 Oxunub 1105
Uşaqları qəzalardan qorumaq təkcə yol polisinin işi olmamalıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məsələ DYP ilə yanaşı digər qurumların da marağında olmalıdır

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki və Şamaxı şəhərlərində təhlükəsizlik mövzusunda regional müşavirələr keçirilib. Avtosfer.az xəbər verir ki, ətraf rayonların təhsil şöbələrinin rəhbərlərinin də qatıldığı müşavirələrdə iştirak edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev yol hərəkəti təhlükəsizliyi ilə bağlı ölkəmizdə həyata keçirilən Yol hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramından irəli gələn məsələlərə diqqət çəkib. DYP əməkdaşı o cümlədən yol-nəqliyyat hadisələrində uşaq travmatizminin minimuma endirilməsi, təhsilalanların yollarda üzləşdikləri risklərin azaldılması, bu sahədə kütləvi maarifləndirmə tədbirlərinin təşkili mövzularına həsr olunmuş məruzə ilə çıxış edib. O qeyd edib ki, uşaqlar yol hərəkətinin ən müdafiəsiz iştirakçılarıdır və onların təhlükəsizliyinin təmin edilməsi DYP ilə yanaşı digər qurumların, xüsusilə təhsil aldıqları tədris müəssisələrinin də marağında olmalıdır. Dövlət Proqramında nəzərdə tutulan uşaq avtoşəhərcikləri yaradılmalı, uşaqlara yol hərəkəti qaydaları lazımi səviyyədə tədris olunmalı, bu sahədə onların bilikləri artırılmalıdır.

Müşavirə-treninqlər barədə Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və digər internet xəbər saytlarında məlumatlar dərc olunub, şəkillər paylaşılıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh