Tənqid edilən bu DYP postları nə üçün lazımdır?

Yol polisi 20 Fevral 2020 18:50 Oxunub 3592
Tənqid edilən bu DYP postları nə üçün lazımdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP postlarının funksiyası nədir?

Sosial şəbəkələrdə, o cümlədən cəmiyyətdə zaman-zaman Dövlət Yol Polisinin şəhərlərarası yollarda olan stasionar postları barədə müxtəlif fikirlər səslənir.

Bəziləri bu postları ümumiyyətlə lazımsız hesab edərək ləğv olunmasını, digərləri isə vacib olduğunu bildirir.

Ümumiyyətlə DYP postlarının funksiyası nədir?

Avtosfer.az "MediaPost"-a istinadən DYP postları barəsində araşdırmanı təqdim edir.

Hazırda ölkə ərazisində Bakı-Quba yolu üzrə Abşeron, Siyəzən, Qusar, Şamaxı - Muğanlı – İsmayıllı yolunda, Qobustan, İsmayıllı, Bakı - Qazax - Gürcüstan sərhədi yolunda, Yevlax, Goranboy, Şəmkir, Qazax, Yevlax - Zaqatala – Gürcüstan sərhədi yolunun yolunda Şəki, Zaqatala – Balakən dövlət sərhədi yolunda Balakən, Bakı – Astara - İran sərhədi yolunda Qaradağ, Salyan, Biləsuvar, Cəlilabad, Ələt – Hacıqabul – Yevlax yolunda Ucar, Yevlax - Ağdam - Laçın yolunda Bərdə, Bakı - Sumqayıt yolunda Binəqədi rayon və şəhərlərinin ərazisində olmaqla ümumilikdə 19 stasionar post fəaliyyət göstərir.

Yol-patrul xidməti haqqında təlimatda deyilir ki, stasionar postlar əsasən respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında BDYPİ-nin təklifi əsasında DİN rəhbərliyinin göstərişinə əsasən təşkil olunur.

Stasionar postlar mebel, rabitə vasitələri, qəza-xilasedici avadanlıqları, ilkin tibbi yardım ləvazimatları, səsgücləndirici, videomonitor, videokamera və məsafədən səsötürən mikrofon, kompüterlər, nəqliyyat vasitəsinin məcburi dayandırılması üçün texniki vasitələr, qazanalizator, alkotestr, narkotestr və digər avadanlıqlarla təchiz olunub.

Tənqid edilən bu DYP postları nə üçün lazımdır?

Bu postların ümumi fəaliyyətinə nəzər salsaq görərik ki, gün ərzində həmin postlarda kifayət qədər qanunsuz əməllərin qarşısı alınır. Məsələn, avtomobillərdə narkotik vasitələr aşkar edilir, respublikanın bölgələrindən paytaxta gətirilən və mənşəyi məlum olmayan ətlər məhz həmin postlarda tutulur və aidiyyatı üzrə təhvil verilib məhv edilir, qanunsuz silah gəzdirilməsi halları aşkarlanır.

Bundan başqa, artıq 3 ilə yaxındır ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb. Belə ki, uzaq məsafələrə yola çıxan sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb qısamüddətli istirahət edib, su içə bilər, əl-üzünü yuyub dincələ bilər.

Eyni zamanda yollarda baş vermiş qəza hadisələri, köməksiz vəziyyətdə qalan sürücülər, həmçinin hər hansı bir yardıma ehtiyacı olan vətəndaşların müraciət yeri də məhz DYP postlarıdır.

Dəfələrlə DYP postlarında xidmət aparan əməkdaşların yolda vəziyyəti pisləşən insanları xəstəxanaya çatdırması kimi hallara rast gəlinib. Həmçinin burada yolda qalan sürücülərə yanacaq gətirilib. O cümlədən qəza zamanı xilasetmə, ilkin tibbi yardımın göstərilməsi kimi hallar da yaşanıb.

Bir sözlə DYP postları hazırda yollarda olan sürücülərin əsas istinad yerlərindən biri funksiyasını yerinə yetirir.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh