Avtosfer.az | Reklam
Yol polisi "20 Yanvar"dakı tixacla bağlı sürücülərə müraciət etdi
Yol polisi 20 Fevral 2020 19:39 3591 dəfə oxunub
Yol polisi "20 Yanvar"dakı tixacla bağlı sürücülərə müraciət etdi
Tıxacın qarşısının alınması üçün tədbirlər görülür

Xəbər verdiyimiz kimi, bu gün "20 yanvar" dairəsində dəhşətli tıxac yaranıb. Tıxaca səbəb yolun "Qələbə dairəsi" istiqamətdə hərəkət hissəsində beton plitələrin quraşdırılması olub. Avtosfer.az xəbər verir ki, nəticədə ərazidə sıxlıq yaranıb. İri tutumlu avtobusların hərəkəti çətinləşib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirib ki, beton plitələrin ora hansı qurum tərəfindən qoyulması araşdırılır. Buna baxmayaraq ərazidə yaranmış vəziyyətə yol polisi müdaxilə edib və hazırda tıxacın qarşısının alınması istiqamətində tədbirlər görülür. Bununla belə yol polisi sürücülərə tövsiyyə edir ki, həmin istiqamətdə mümkün qədər az hərəkət etsinlər, digər yollardan istifadə etməyə üstünlük versinlər.

 

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh