Bu metronun çıxış istiqaməti dəyişəcək - VİDEO

Gündəm 20 Fevral 2020 21:20 Oxunub 851
Bu metronun çıxış istiqaməti dəyişəcək  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sulutəpə ərazisində də yeni körpünün inşası nəzərdə tutulur

Demək olar ki, hər gün Bakı-Sumqayıt yolunda tıxac yaranır və bu, mənzil başına tələsən vətəndaşlarda ciddi narazılığa səbəb olur. Bu problemlərin aradan qaldırılması üçün paytaxtın 20 yanvar ərazisinində bir sıra işlər görülür.
Dünən axşam saatlarından Müzəffər Həsənov küçəsi və “Moskva” prospektinin kəsişməsində avtomobil yolunun genişləndirilməsi istiqamətində təmir işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə görülən işlərlə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, həmin kəsişmədə metronun çıxış istiqaməti də dəyişəcək.
“Genişləndirilmə işləri həyata keçirildikdən sonra artıq Moskva prospektindən gələn nəqliyyat vasitələri işıqforda gözləmədən birbaşa olaraq Müzəffər Həsənov küçəsinə dönə biləcəklər. Nəticədə bu həmin ərazidə olan sıxlığın yaranmasının az da olsa qarşısını alacaq”.
Bundan başqa qurum rəsmisi bildirib ki, Sulutəpə ərazisində də yeni körpünün inşası nəzərdə tutulur.
“Bununla bağlı da işlər görülür. Artıq nəqliyyat vasitələri həmin dairəyə daxil olmadan Şamaxı istiqamətində, Şamaxıdan gələn nəqliyyat vasitələri dairədə sıxlıq yaratmaqdan birbaşa körpü vasitəsilə Xocahəsən dairəsinə doğru və oradan da Sumqayıt yoluna çıxa biləcəklər”.
Qeyd edək ki, həmçinin Xırdalan dairəsində görülən işlərin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh