DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA

Gündəm 20 Fevral 2020 21:30 Oxunub 681
DİN-dən Zərdab rayonundakı insidentlə bağlı                    AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb

Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib.  

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib:  

“Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.  

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilər etiraz aksiyası keçirildiyi, xeyli sayda saxlanan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh