Ağsu-Kürdəmir yolunda ağır avtoqəza baş verib, yaralılar var

Qəzalar 20 Fevral 2020 23:45 Oxunub 1066
Ağsu-Kürdəmir yolunda ağır avtoqəza baş verib, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunun Muradlı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-nın yerli bürosuna istinadən məlumatına görə, avtoqəza bu gün axşam saat 22:00 radələrində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Kürdəmir sakinləri - 1994-cü il təvəllüdlü Həsənov Rövşən Daşqın oğlu, Mansurov Nurlan Mehman oğlu və şəxsiyyəti hələ ki bilinməyən bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh